Türkiyənin məşhur psixoloqu vəfat edib

Türkiyənin məşhur psixoloqu vəfat edib Türkiyənin məşhur psixoloq və yazıçısı Doğan Cücəloğlu İstanbulun Beşiktaş rayonundakı evində ölü tapılıb
Region
16 Fevral , 2021 17:29
Türkiyənin məşhur psixoloqu vəfat edib
Doğan Cücəloğlu

Türkiyənin məşhur psixoloq və yazıçısı Doğan Cücəloğlu İstanbulun Beşiktaş rayonundakı evində ölü tapılıb.

“Report” “Haber Türk”ə istinadən xəbər verir ki, hazırda psixoloqun evində araşdırma aparılır, onun ölüm səbəbi müəyyənləşdirilir.

Qeyd edək ki, Doğan Cücəloğlu 1938-ci ildə Türkiyənin Mersin şəhərində doğulub. Onun kitabları Türkiyə ilə yanaşı, Azərbaycanda da geniş yayılıb.

Son xəbərlər

Orphus sistemi