Türkiyənin keçmiş müdafiə naziri qətlə yetirilib - YENİLƏNİB

Türkiyənin keçmiş müdafiə naziri qətlə yetirilib - YENİLƏNİB Həkimlər Mehmet Ercan Vuralhanın həyatını xilas edə bilməyiblər
Region
18 Aprel , 2018 19:06
Türkiyənin keçmiş müdafiə naziri qətlə yetirilib - YENİLƏNİB

Bakı. 18 aprel. REPORT.AZ/ Türkiyənin keçmiş müdafiə naziri Mehmet Ercan Vuralhan xəstəxanada ölüb. 

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə bir kafedə mübahisə zəminində baş verib. 

Y.Karababa bıçaqla M.E.Vuralhanın boğazını kəsib. Sabiq nazir ağır vəziyyətdə Haseki Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 


*** 17:30

Türkiyənin keçmiş müdafiə naziri Ercan Vuralhan bıçaqlanıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə aprelin 18-də İstanbulun Sirkeci rayonunda baş verib. 

Boğazından bıçaqlanan E.Vuralhanın səhhəti ağırdır.

Polis sabiq nazirə hücum edən Yüksel Karababanı saxlayıb. 

Qeyd edək ki, E.Vuralhan 1987-il dekabırın 21-dən 1989-cu il martın 30-dək Turqut Özalın hökumətində müdafiə naziri vəzifəsini tutub. 

Son xəbərlər

Orphus sistemi