Türkiyənin Jandarma Qüvvələrinin 167 illik tarixində ilk qadın komandiri şəhid olub

Türkiyənin Jandarma Qüvvələrinin 167 illik tarixində ilk qadın komandiri şəhid olub Polkovnik-leytenant Songül Yakut bir neçə il əvvəl FETÖ-nün qurama ittihamları əsasında tutduğu vəzifədən azad edilib
Region
116
1 İyun , 2017 10:29
Türkiyənin Jandarma Qüvvələrinin 167 illik tarixində ilk qadın komandiri şəhid olub

Bakı. 1 iyun. REPORT.AZ/ Türkiyənin Jandarma Qüvvələrinin 167 illik tarixində ilk qadın komandir olan polkovnik-leytenant Songül Yakut mayın 31-də ölkənin Şırnak əyalətində baş verən helikopter qəzasında şəhid olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, 2005-2007-ci illərdə İç Anadolu bölgəsinin Ankaraya bağlı Bəypazar rayonunda Jandarma Qüvvələrinin komandiri vəzifəsini tutub. 

İnformasiyaya əsasən, Şırnakda keçiriləcək vida mərasimdən sonra S.Yakutun cənazəsi doğulduğu Malatya əyalətinin Akçadağ rayonunun Örən məhəlləsində tənha yaşayan anası Səbahat Yakutun evinə aparılacaq və Malatyada dəfn olunacaq. 

Məlumata görə, S.Yakut 1976-cı ildə Türkiyənin Malatya əyalətinin Akçadağ rayonunda doğulub. O, ailənin sonbeşiyi, 5 övladdan sonuncusu olub. S.Yakut Örən məhəlləsində evi ötən il alıb. Mayın 30-da, faciəvi hadisədən bir gün əvvəl anası ilə telefonla danışıb.

Bildirilib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) qurama ittihamı əsasında ötən illərdə “Balyoz davası” adı verilən əməliyyat nəticəsində mayor olarkən tutduğu vəzifədən azad edilib. O, günahsız olduğunu sübut etdikdən sonra yenidən tutuğu vəzifəyə bərpa olunmuşdu.

Xatırladaq ki, mayın 31-də Türkiyənin Şırnak əyalətində helokopterin qəzaya uğraması nəticəsində şəhid olan 13 hərbçidən biri də polkovnik – leytenant Songül Yakutdur. 

Son xəbərlər

Orphus sistemi