Putin: "Türkiyənin iştirakı olmadan regional məsələlərin həlli mümkünsüzdür"

Putin: "Türkiyənin iştirakı olmadan regional məsələlərin həlli mümkünsüzdür" Rusiya və Türkiyənin əməkdaşlığı davam edir
Region
18 Dekabr , 2014 16:08
Putin: Türkiyənin iştirakı olmadan regional məsələlərin həlli mümkünsüzdür

Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiya xaricdən müdaxilə olmadan Kipr məsələsinin balanslaşdırılmış həllinə tərəfdardır. "Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, xaricdən müdaxilə olduğu zaman adətən bütün razılaşmalar pozulur. 

V.Putin Avropa İttifaqının Türkiyəni Rusiyaya qarşı sanksiyalarına qoşulmasına razı salmaq istəməsi haqqında məsələyə toxunarkən bunları qeyd edib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlar zamanı Rusiya ilə əməkdaşlığın sürdürüləcəyinə əmin edib". 

"Bizim bir çox regional məsələlərlə bağlı çox sayda oxşar nöqtəmiz var. Ona görə də hesab edirəm ki, Türkiyənin iştirakı olmadan regional məsələlərin həlli mümkünsüzdür", - RF prezidenti bildirib. 

Son xəbərlər

Orphus sistemi