İstanbul-Tehran təyyarəsi Bakıya istiqamət alıb

İstanbul-Tehran təyyarəsi Bakıya istiqamət alıb İstanbul-Tehran istiqamətində uçan Türkiyə təyyarəsi Bakıya doğru istiqamət alıb.
Region
30 Yanvar , 2021 02:51
İstanbul-Tehran təyyarəsi Bakıya istiqamət alıb

“Turkish Airlines” aviaşirkətinin Tehran istiqamətinə uçan təyyarəsinin istiqamətini dəyişməsinə hava şəraiti səbəb olub.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İmam Xomeyni adına hava limanının mətbuat xidməti məlumat yayıb.

"Turkish Airlines" şirkətinin pilotu hava şəraiti ilə əlaqədar təyinat nöqtəsini Bakıya dəyişib. Hava şəraiti sabitləşəndə (təyyarə-red) Tehrana qayıdacaq", - xəbərdə deyilir.

Qeyd edək ki, Türkiyənin İstanbul-Tehran istiqamətində uçan təyyarəsi şənbə günü Bakıya istiqamət alıb. Təyyarə Tehran vaxtı ilə saat 00:05-də (Bakı vaxtı ilə saat 00:35-də) İran paytaxtında yerə enməli idi.

02:38

İstanbul-Tehran istiqamətində uçan Türkiyə təyyarəsi Bakıya doğru istiqamət alıb.

“Report” xəbər verir ki, “Flight Radar” onlayn-tablo sistemi məlumat yayıb.

Qeyd edilir ki, söhbət “Turkish Airlines” aviaşirkətinin TK874 reysindən gedir. Təyyarə yerli vaxtla saat 00:05-də (Bakı vaxtı ilə saat 00:35-də) Tehranda yerə enməli idi.

Marşrutun dəyişməsinin səbəbi məlum deyil.

Son xəbərlər

Orphus sistemi