Türkiyənin Gürcüstandakı səfiri: "Əgər çevriliş baş tutsaydı bütün regionda çox dəhşətli hadisələr baş verə bilərdi"

Türkiyənin Gürcüstandakı səfiri: "Əgər çevriliş baş tutsaydı bütün regionda çox dəhşətli hadisələr baş verə bilərdi" Zəki Ləvənt Gümrukçü: "Dövlət çevrilişinə cəhd vətənə xəyanətdir"
Region
14 İyul , 2017 16:53
Türkiyənin Gürcüstandakı səfiri: Əgər çevriliş baş tutsaydı bütün regionda çox dəhşətli hadisələr baş verə bilərdi
Report.az

Tbilisi. 14 iyul. REPORT. AZ/ "Ötən il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çerilişinə cəhd, Vətənə ən boyük xəyanət idi".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrukçü iyulun 14-də səfirlikdə keçirdiyi mətbuat konfransında bildirib. 

Diplomat deyib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi baş tutsaydı bu gün Türkiyə vətəndaş müharibəsindən əziyyət çəkirdi və bu da bütün regionda sabitliyin pozulmasina səbəb olacaqdı.

O bildirib ki, Türkiyədə ötən il baş vermiş dövlət çerilişinə cəhd ölkənin tarixində ən dəhşətli hadisələrdən biridir: "Əgər bu çevriliş baş tutsaydı, təkcə Türkiyə üçün deyil, bütün region üçün çox dəhşətli hadisələr baş verə bilərdi. Yəni bu hadisələr bütün region üçün təhlükə idi".

Səfir çevrilişə cəhd dövründə Türkiyə dövlətinə göstərdikləri dəstəyə görə Gürcüstan hökumətinə minnətdarliq edib: "Bu bizim strateji tərəfdaşlımizın bariz nümunəsidir".

Sonra səfir 2016-ci il 15 iyul hadisələrinin səbəb və nəticələri, dünyada törətdiyi əks səda, hazırda davam edən istintaq hərəkətlər barədə ətraflı məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, səfirlikdə ötən il 15 iyul hadisələrini əks etdirən fotolardan ibarət sərgi açılıb. 

Son xəbərlər

Orphus sistemi