Türkiyənin Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin 1 379 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Türkiyənin Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin 1 379 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb Onlardan bəziləri ilə bağlanmış müqaviləyə xitam verilib, bəziləri isə dövlət qulluğundan tamamilə çıxarılıb
Region
346
29 İyul , 2016 13:34
Türkiyənin Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin 1 379 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyənin Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin 1 379 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan araşdırmalar nəticəsində işlərindən uzaqlaşdırılanlar arasında bir sıra vəzifəli şəxslər də var. Onlardan bəziləri ilə bağlanmış müqaviləyə xitam verilib, bəziləri isə dövlət qulluğundan tamamilə çıxarılıb. 

Qeyd edək ki, Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin bundan əvvəl 673 əməkdaşının vəzifəsindən kənarlaşdırıldığı açıqlanmışdı. 

Son xəbərlər

Orphus sistemi