Türkiyənin ən varlı iş adamının adı açıqlanıb

Türkiyənin ən varlı iş adamının adı açıqlanıb "Forbes" iqtisadi dərgisi ölkə üzrə 100 ən varlı iş adamının siyahısını dərc edib
Region
109
29 Fevral , 2016 19:05
Türkiyənin ən varlı iş adamının adı açıqlanıb

Bakı. 29 fevral. REPORT.AZ/ Türkiyənin ən varlı iş adamı 2,9 milyard dollar sərvəti olan Murad Ülkərdir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda məşhur "Forbes" iqtisadi dərgisi bildirib.

O, "Yıldız Holding"in rəhbəridir.

Məlumata görə, jurnal ölkə üzrə 100 ən varlı Türkiyə vətəndaşının siyahısını açıqlayıb. Siyahıda birinci yeri 2,9 milyard dollar sərvəti ilə Murad Ülkər tutub. İkinci sırada Hüsnü Özyegin (2,6 milyard dollar), üçüncü Ferit Şahenk (2,4 milyard dollar), 4-cü yerdə isə Semahat Arseldir (2,2 milyard dollar).

Sıralamada 5-ci yerdə 2 milyard dollar sərvətlə Erman Illıcak, Mustafa Kiçik, Rahmi Koç və Şarık Taradır.

Son xəbərlər

Orphus sistemi