Türkiyənin qədim şəhəri Efes 2 500 ildən sonra yenidən dənizə çıxış əldə edəcək
“Report”un məlumatına görə, bu barədə
Qeyd edilir ki, ölkə rəhbərliyi Efesi tarixi görkəminə qaytarmaq və regionun turizm potensialını artırmaq üçün kanal layihəsi yaradıb. Türkiyənin qərbindəki İzmir vilayətinin qədim Efes şəhəri 2022-ci ilin sonuna qədər yeni kanalın istifadəyə verilməsi sayəsində yenidən dənizə qoşulacaq.
Efesin Qədim Kanalının yaradılması layihəsinə şəhərin dənizə buraxılmış çıxışını bərpa etmək məqsədilə başlanılıb. Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin sözlərinə görə, dünyaca məşhur qədim Efes şəhəri 2022-ci ilin sonuna qədər 2 500 ildən sonra yeni kanalın köməyi ilə Egey dənizinə qovuşacaq.
Kanalın tikinti işləri ilə tanış olan nazir qeyd edib ki, Efes keçmişdə liman şəhəri olub, bu gün isə dənizdən 9-10 km aralıda yerləşir.
"Efesi tarixi görkəminə qaytarmaq, yenidən Efesi cazibə mərkəzinə çevirmək və bölgənin turizm potensialını artırmaq üçün kanal layihəsi yaratdıq", - deyən Pakdemirli qeyd edib ki, bölgədə xristianlar üçün çox əhəmiyyətli yerlər var. Müsəlmanlar Həcc ziyarəti etdiyi kimi, xristianlar da gəlib Müqəddəs Məryəm kilsəsini və digər xarabalıqları ziyarət edirlər.
Layihə bir neçə mərhələdə həyata keçiriləcək. Birinci layihənin nəticələrindən sonra kanalın girişi yenidən qurulacaq. İkinci mərhələ İzmir-Kuşadası avtomobil yolundan Efes limanına qədər ərazinin tarixi quruluşa uyğun olaraq yenidən təşkilini nəzərdə tutur. Beləliklə, layihə başa çatdıqdan sonra turistlər qədim Efes şəhərini təkcə qurudan deyil, dəniz yolu ilə də ziyarət edə biləcəklər.
Türkiyənin qərbindəki qədim Efes şəhəri 2015-ci ildə rəsmi olaraq YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.