Türkiyənin ədliyyə naziri ABŞ səfiri ilə görüşdən imtina edib

Türkiyənin ədliyyə naziri ABŞ səfiri ilə görüşdən imtina edib Görüş təklifini səfir verib
Region
9 Oktyabr , 2017 15:45
Türkiyənin ədliyyə naziri ABŞ səfiri ilə görüşdən imtina edib
Türkiyənin ədliyyə naziri Abdulhami Gül / AA

Bakı. 9 oktyabr. REPORT.AZ/ Türkiyənin ədliyyə naziri Abdulhami Gül ABŞ-ın Ankaradakı səfiri Con Bassla görüşməkdən imtina edib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, görüş təklifini səfir verib, amma nazir bununla razılaşmayıb. 

Xatırladaq ki, Ankarada səlahiyyət müddəti başa çatmış səfir Con Bass ötən həftənin sonunda Türkiyə hökumətinə qarşı bir sıra ittihamlar səsləndirmişdi. 

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirlyinin müvəqqəti işlər vəkili Filip Kosnett Türkiyə Xairic İşlər Nazirliyinə çağırılıb. Diplomatdan ABŞ-ın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza məhdudiyyətini aradan qaldırması istənilib. 

Son xəbərlər

Orphus sistemi