Türkiyənin DİN rəhbəri: “İstanbuldakı terror aktına çox sərt cavab verəcəyik”
- 14 noyabr, 2022
- 08:40
Yeniliklərdən dərhal xəbərdar olun!
“İstanbuldakı terror aktına çox sərt cavab verəcəyik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, kəşfiyyat məlumatlarına əsasən məlum olub ki, terror aktını sifariş edən şəxslər terroçu Ahlam Albashırı öldürməyi planlaşdırırmış: "Amma biz onu ələ keçirməyi bacardıq. Son 6 ildir İstanbulda belə hadisə baş verməmişdi".
S.Soylu söyləyib ki, terrorçulara qarşı mübarizə davam edəcək.
Daxili işlər nazirinin sözlərinə görə, Ahlam Albashırın öldürülməsi ilə bağlı əmr verən şəxs də saxlanılıb: “Bəlkə də, terrorçular məyus olacaq. Amma deməliyəm ki, daha bir neçə əməliyyat nəzərdə tutmuşuq. Əməliyyatlarımız davam edəcək”.
Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan 55-i artıq evə buraxılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.