Türkiyənin "Cümhuriyyet" qəzetinin baş redaktoru və yazarı tutulub

Türkiyənin "Cümhuriyyet" qəzetinin baş redaktoru və yazarı tutulub Onların evində axtarış aparılıb
Region
31 Oktyabr , 2016 09:28
Türkiyənin Cümhuriyyet qəzetinin baş redaktoru və yazarı tutulub

Bakı. 31 oktyabr. REPORT.AZ/ Türkiyə polisi "Cümhuriyyet" qəzetinin baş redaktoru Murat Sabuncu, İdarə Heyətənin sədri Akın Atalay və yazarı Güray Özün evində axtarış aparıb.

"Report" "Cümhiriyyet"ə istinadən xəbər verir ki, M.Sabuncu və G.Öz tutulub.

İnformasiyaya görə, A.Atalay xarici ölkədə olduğundan onun həbsinə dair qərar çıxarılıb.

Qeyd edək ki, "Cümhuriyyet" qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub. 

Son xəbərlər

Orphus sistemi