Bakı. 29 avqust. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində ordu ilə PKK terrorçuları arasında toqquşma baş verib.
"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Şemdinli rayonuna xüsusi təyyinatlı dəstətələr cəmləşdirilir.
Bildirilir ki, yol kənarına yerləşdirilən uzaqdan idarə edilən bomba hərbi maşın keçdiyi sırada terrorçular tərəfindən partladılıb. Buna cavab olaraq Türkiyə hərbçiləri xüsusi əməliyyat başladıb.