Türkiyənin baş naziri: "Rusiya ilə əvvəlkindən də yaxşı əməkdaşlıq etmək istəyirik"

Türkiyənin baş naziri: "Rusiya ilə əvvəlkindən də yaxşı əməkdaşlıq etmək istəyirik" ​Əhməd Davudoğlu: "Türkiyə və Rusiya bir-birinə ehtiyacı olan iki ölkədir"
Region
169
4 May , 2016 12:07
Türkiyənin baş naziri: Rusiya ilə əvvəlkindən də yaxşı əməkdaşlıq etmək istəyirik

Bakı. 4 may. REPORT.AZ/ "Türkiyə və Rusiya bir-birinə ehtiyacı olan iki ölkədir".

"Report" xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu "Al Jazeera Turk"-ə müsahibəsində deyib.

Baş nazir bildirib ki, rəsmi Ankaranın məsələ ilə bağlı mövqeyi dəyişməyib: "Bütün açıqlamalarımızda demişik ki, Türkiyə və Rusiya tarixən iki qonşu dövlətdir, Türkiyənin Rusiyaya, Rusiyanın da Türkiyəyə ehtiyacı var".

Ə.Davudoğlu vurğulayıb ki, təyyarə hadisəsi Rusiyaya qarşı yönəlməmişdi: "Ora Suriya torpağıdır. Təyyarənin mənsub olduğu dövlət də məlum deyildi. Torpağımız və hava məkanımızı qorumaq haqqımız var. Rusiya həmin hadisəni özünə qarşı atılmış addım kimi qəbul etdi. Təyyarənin hava məkanımızı pozması hadisəsi əslində Türkiyəyə qarşı idi. Bunu anlayacaqlarına ümid edirəm. Yenidən Rusiya ilə əvvəlki kimi əməkdaşlıq etmək istəyirik, hətta əvvəlkindən də daha yaxşı".

Son xəbərlər

Orphus sistemi