Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Belçikaya səfər edəcək.
"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 14-15-də baş tutacaq səfər çərçivəsində Avropa Birliyi (AB) Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker, AB-nin xarici işlər və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Federika Mogerini ilə görüşlər keçirilməsi planlaşdırılır.
Görüşlərdə Türkiyə - Avropa Birliyi əlaqələri və bölgədəki son proseslərlə bağlı fikir mübadiləsi aparılacaq.
Ə.Davudoğlu həmçinin "Friends of Europe" adlı beyin mərkəzi tərəfindən düzənlənəcək toplantıda çıxış edəcək və Belçikada yaşayan türk əsilli vətəndaşlarla da görüşəcək.