Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 40 nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.
O, yaralıların müalicəsinin davam etdiyini xatırladıb.
Nazirin sözlərinə görə, axtarış-xilasetmə tədbirləri davam edir.
Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir.
Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Hazırda axtarış-xilasetmə işləri davam edir.
Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.
Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 25 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə vilayət rəhbərliyinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, 36 mədən işçisi dağıntılar altından çıxarılıb. Onlardan 25-i həyatını itirib, 6 mədənçi isə müalicə üçün İstanbula göndərilib.
Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 22 nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, yaralılardan 8-nin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Nazir əlavə edib ki, iki təcili yardım təyyarəsi reanimasiya xəstələrindən birini Ankaraya, beşini isə Başakşehir Çam və Sakura Xəstəxanasının yanıq mərkəzinə aparıb.
Energetika və təbii sərvətlər naziri Fateh Dönməz məlumat verib ki, partlayış baş verən mədəndə havalandırma sistemi işləyir. Xilasedicilər mədən işçilərindən 49 nəfərin yerləşdiyi bölmələrə çatmağa çalışırlar. Mədəndə yanğın yoxdur. Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir.
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.
Onun sözlərinə görə, 21 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır. Ümumilikdə isə 28 nəfər yaralanıb.
Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir. Axtarış-xilasetmə işləri davam edir.
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində iki nəfər ölüb.
“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, partlayış nəticəsində 20 nəfər yaralanıb.
Nazir əlavə edib ki, hadisə yerinə 31 təcili tibbi yardım avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu Bartın vilayətində daş kömür mədənindəki partlayış baş verən əraziyə yola düşüblər.
"Report" xəbər verir ki, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayışın dağıntıları altından 11 nəfər xilas edilib.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dağıntılar altında ümumilikdə 87 nəfər olub, onlardan 2-i yaralı halda çıxarılıb.
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.
"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.
İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.
Dağıntılar altında 150-yə yaxın işçinin qaldığı bildirilir.