Türkiyənin Almaniyadakı səfirliyinin binasına hücum olub

Region
  • 27 fevral, 2018
  • 13:38
Türkiyənin Almaniyadakı səfirliyinin binasına hücum olub

Bakı. 27 fevral. REPORT.AZ/ “Türkiyənin Berlindəki səfirliyinin binası naməlum şəxslərin hücumuna məruz qalıb”.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Almaniyadakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Refik Soğukoğlu bildirib.

Onun sözlərinə görə, fevralın 27-də, səhər saatlarında 4 kimliyi məlum olmayan kişi səfirliyin binasına sarı, qırmızı və yaşıl boyalar ataraq qaçıb: “Səfirliyimizin binasında 8 yerdə boya təsbit etmişik. Polis hücum edənlərə anındaca müdaxilə edə bilmədi”, - müşavir qeyd edib.

Polis də faktı təsdiqləyib. Təqsirkarların tutulması istiqamətində əməliyyat başlayıb. 

Faktla bağlı cinayət işi açılıb.