Türkiyənin ABŞ-dakı səfiri Vaşinqtona qayıdıb

Türkiyənin ABŞ-dakı səfiri Vaşinqtona qayıdıb Bakı. 31 may. REPORT.AZ/ Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıc vəzifəsini davam etdirmək üçün Vaşinqtona qayıdıb.
Region
31 May , 2018 13:19
Türkiyənin ABŞ-dakı səfiri Vaşinqtona qayıdıb
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıc vəzifəsini davam etdirmək üçün Vaşinqtona qayıdıb.

“Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, o, mayın 31-də ABŞ-a yola düşüb.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.

Türkiyə buna etiraz olaraq ABŞ-dakı səfiri Serdar Kılıc məsləhətləşmələr üçün Ankaraya çağırmışdı.

Xatırladaq ki, bu il iyunun 4-də Vaşinqtonda ABŞ-la Türkiyə arasında münasibətlərin normallaşamsına dair danışıqlar olacaq.

Son xəbərlər

Orphus sistemi