Çanaqqaladakı meşə yanğını məhdudlaşdırılıb - YENİLƏNİB

Çanaqqaladakı meşə yanğını məhdudlaşdırılıb - YENİLƏNİB Türkiyənin üç vilayətində meşə yanır.
Region
19 İyun , 2024 17:17
Çanaqqaladakı meşə yanğını məhdudlaşdırılıb - YENİLƏNİB

Türkiyənin Çanaqqala vilayətində dünən axşamdan başlayan meşə yanğını məhdudlaşdırılıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı məlumat verib.

09:11

Türkiyənin üç vilayətində meşə yanır.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Çanaqqala və Uşakda dünən axşamdan başlayan yanğınlar davam edir. Həmçinin, İzmirin Dikili rayonunda gecədən başlayan yanğın küləyin təsiri ilə ətraf ərazilərə yayılıb.

Hazırda hər üç istiqamətdə yanğına havadan və qurudan müdaxilələr davam edir.

Məlumata görə, Uşakda bəzi evlərdəki insanlar təxliyə edilib. İzmirdə isə balıq təsərrüfatına və bir evə ziyan dəyib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi