Türkiyənin 11 əyalətində qara görə məktəblər bağlanıb

Türkiyənin 11 əyalətində qara görə məktəblər bağlanıb Ölkənin 3 əyalətinin bütün bölgələrindəki məktəblər tətil edib
Region
8 Fevral , 2016 13:00
Türkiyənin 11 əyalətində qara görə məktəblər bağlanıb

Bakı. 8 fevral. REPORT.AZ/ Türkiyədə güclü qar yağması səbəbindən 11 əyalətdə məktəblər bir günlüyə tətil edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Ağrı, Bayburt və Qars əyalətlərinin bütün bölgələrində, Ordu, Muş, Sivas, Ərdahan, Tunceli, Gümüşxana, Hakkari və Ərzincanın bəzi rayonlarında məktəblər tətil edib.

Həmin məktəblərdə dərslər fevralın 9-da davam edəcək. 

Son xəbərlər

Orphus sistemi