Türkiyəli nazir: Mövcud konstitusiyanın maddələri arasında bəzi ziddiyyətlər var

Türkiyəli nazir: Mövcud konstitusiyanın maddələri arasında bəzi ziddiyyətlər var Türkiyə yoluna yeni konstitusiya ilə davam etməlidir.
Region
6 Avqust , 2024 11:33
Türkiyəli nazir: Mövcud konstitusiyanın maddələri arasında bəzi ziddiyyətlər var

Türkiyə çıxdığı yola yeni konstitusiya ilə davam etməlidir.

“Report” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Ankarada çıxışı zamanı deyib.

O bildirib ki, bu, ölkədə konstitusiya dəyişikliyi günün əsas tələblərdəndir: “Məqsədimizdən imtina etmirik. Mövcud konstitusiyanın maddələri arasında bəzi ziddiyyətlər var. Bu isə müəyyən çətinliklər yaradır”.

Y.Tunç, həmçinin bildirib ki, Türkiyə beynəlxalq güclərlə mübarizə aparır.

O vurğulayıb ki, dünyada ciddi kataklizmlər baş verir: “Təəssüf ki, beynəlxalq sistem təsirsizdir”.
Y.Tunç qeyd edib ki, Türkiyə dünyada ədalət və hüququn təmin olunması üçün çalışır.

Qeyd edək ki, daha əvvəl Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı müzakirələrin başlandığı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi