Türkiyəli iqtisadçı professor: “Bir əsrdə görüləcək işləri 21 ildə reallaşdıran indiki iqtidar komandası yenə qalib olacaq” 

Türkiyəli iqtisadçı professor: “Bir əsrdə görüləcək işləri 21 ildə reallaşdıran indiki iqtidar komandası yenə qalib olacaq”  “Türkiyənin mövcud iqtidarı bir əsrdə görüləcək işləri 21 ildə reallaşdırdı. Ona görə də mayın 14-də keçirilən seçkilərdə indiki iqtidar komandası yenə qalib olacaq”.
Region
25 Aprel , 2023 14:53
Türkiyəli iqtisadçı professor: “Bir əsrdə görüləcək işləri 21 ildə reallaşdıran indiki iqtidar komandası yenə qalib olacaq” 

“Türkiyənin mövcud iqtidarı bir əsrdə görüləcək işləri 21 ildə reallaşdırdı. Ona görə də mayın 14-də keçirilən seçkilərdə indiki iqtidar komandası yenə qalib olacaq”.

Bu fikirləri “Report”un Türkiyə bürosuna Yıldız Teknik Universitetinin müəllimi, iqtisadçı professor Cemal Zehir bildirib.

O, Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) 2002-2023-cü illərdəki fəaliyyətini dəyərləndirərək deyib ki, mövcud iqtidar fəaliyyətinin ilk 10 ilində maliyyə sahəsində intizam yaradıb, təkrəqəmli inflyasiyaya keçməyi bacarıb:

“Dövlət maliyyəsi və bank sektorunda, sosial təhlükəsizlik və səhiyyə sahəsində islahatlar aparılıb”.

Cemal Zehir 2008-ci ildə dünyada yaşanan qlobal böhrandan sonra AK Parti hakimiyyətinin Türkiyə iqtisadiyyatını böhran vəziyyətindən çıxarıb daha güclü vəziyyətə gətirdiyini bildirib:

“Böhran dönəmində güclü bir maliyyə sistemi və bank sektorunda təşəbbüslər həyata keçirilib”.

Professor deyib ki, Türkiyə müdafiə sənayesini yenidən qurub və dünyada müdafiə sənayesinin qabaqcıllarından biri olub:

“Müdafiə sənayesində Türkiyə bəzi sahələrdə ilk 3, bəzi sahələrdə ilk 5, bəzi sahələrdə ilk 10-luğa daxil edilən dünya ölkələrindən olub. Türkiyədə, Azərbaycanda, Suriyada, Liviyada, İraqda silahlarımızla mühüm uğurlara şahidlik etdik. Dünyanın bir çox ölkəsi müdafiə sənayesi sifarişləri üçün növbəyə durmağa başlayıb”.

Son xəbərlər

Orphus sistemi