Türkiyəli hərbçi Suriyada şəhid olub

Türkiyəli hərbçi Suriyada şəhid olub Suriyanın şimalındakı El-Bab rayonunda Türkiyə hərbçisi şəhid olub
Region
4 Fevral , 2021 17:19
Türkiyəli hərbçi Suriyada şəhid olub

Suriyanın şimalındakı Əl-Bab rayonunda Türkiyə hərbçisi şəhid olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tvitterdə yazıb.

“Bir qəhrəman, bir ata... Ay-ulduzlu bayrağımız uğrunda şəhadətə yola saldığımız vətən övladı... Suriyanın Əl-Bab rayonunda şəhid düşən qəhrəman jandarmamız Süleyman Dəmirələ Allahdan rəhmət, ailəsinə səbir diləyirəm. Başımız sağ olsun”, - nazir qeyd edib.

Məlumata görə, baş çavuş bölgədəki minanı zərərsizləşdirərkən həlak olub.

Son xəbərlər

Orphus sistemi