Türkiyədən Rusiyaya uçan sərnişin təyyarəsi qəza siqnalı verib

Türkiyədən Rusiyaya uçan sərnişin təyyarəsi qəza siqnalı verib Türkiyənin Antalya şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan “Airbus A319” təyyarəsi enmədən əvvəl qəza siqnalı verib.
Region
16 Sentyabr , 2021 00:25
Türkiyədən Rusiyaya uçan sərnişin təyyarəsi qəza siqnalı verib

Türkiyənin Antalya şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan “Airbus A319” təyyarəsi enmədən əvvəl qəza siqnalı verib.

“Report”un məlumatına görə, bu barədə məlumatlı mənbəyə istinadən "İnterfaks" bildirib.

"Airbus A319 təyyarəsi Antalyadan Sankt-Peterburqa reys yerinə yetirir. Enmənin müəyyən edilmiş vaxtında o aşağı hündürlükdə uçuşu yerinə yetirməyib və qəza siqnalı verərək davam edib", - mənbə deyib.

Agentlik, “Flightradar24” xidmətinin məlumatlarına istinadən təyyarənin eniş əvəzinə hava limanının gözləmə zonasında yerdən 2 200 fut (670 metr) yüksəklikdə təxminən 314 km/saat sürətlə manevrlər etdiyini qeyd edib.

Bildirilir ki, "Airbus A319" uğurla eniş edib.

Hadisə zamanı təyyarədə 95 sərnişin və 6 heyət üzvü olub. Onlardan heç biri xəsarət almayıb. Qeyd edək ki, təyyarə Rusiyanın "Rossiya" aviaşirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi