Türkiyədə zirehli maşın aşıb, 7 polis əməkdaşı yaralanıb

Türkiyədə zirehli maşın aşıb, 7 polis əməkdaşı yaralanıb Qəza bu gün Hakkari-Van yolunda baş verib
Region
7 İyul , 2016 20:36
Türkiyədə zirehli maşın aşıb, 7 polis əməkdaşı yaralanıb

Bakı. 7 iyul. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətində polis əməkdaşlarını aparan zirehli maşın aşıb, 7 nəfər xəsarət alıb. “Report” “Habertük”ə istinadən xəbər verir ki, qəza bu gün Hakkari-Van yolunda baş verib.

Yaralanan polislər hadisə yerinə cəlb olunmuş təcili tibbi maşınla Hakkari dövlət xəstəxanasına çatdırılıblar.

Qeyd olunur ki, zirehli maşın sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Son xəbərlər

Orphus sistemi