Türkiyə Səhiyyə Nazirliyi zəlzələdən sonra xəstəliklərlə bağlı xəbərdarlıq edib

Türkiyə Səhiyyə Nazirliyi zəlzələdən sonra xəstəliklərlə bağlı xəbərdarlıq edib Türkiyə hökuməti zəlzələdən sonra su və qida ilə keçən xəstəliklərin qarşısının alınması ilə bağlı xəbərdarlıq yayıb.
Region
12 Fevral , 2023 17:57
Türkiyə Səhiyyə Nazirliyi zəlzələdən sonra xəstəliklərlə bağlı xəbərdarlıq edib

Türkiyə hökuməti zəlzələdən sonra su və qida ilə keçən xəstəliklərin qarşısının alınması ilə bağlı xəbərdarlıq edib.

“Report”un Ankara bürosunun məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi xəbərdarlıq yayıb.

“Təhlükəsiz su için və istifadə edin, əllərinizi tez-tez yuyun, təhlükəsiz qidalar yeyin: qaynadın, bişirin, qabığını soyun və ya atın, təhlükəsiz təmizləməyə əhəmiyyət verin, daşqınların sularından və ya çirklənmiş gölməçələrdən qaçın”, - nazirliyin xəbərdarlığında deyilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 4:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa eyni gündə saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib.

13,5 milyon insanın həyatına təsir edən zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada hiss edilib.

Son xəbərlər

Orphus sistemi