Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə çatıb Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə çatıb.
Region
19 Fevral , 2023 16:39
Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə yüksəlib.

“Report”Anadolu”ya istinadən xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer brifinqdə deyib.

Onun sözlərinə görə, təbii fəlakətin baş verdiyi şəhərlərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Son xəbərlər

Orphus sistemi