Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub Yeraltı təkanlar 6,95 kilometr dərinlikdə olub
Region
22 İyun , 2017 13:49
Türkiyədə zəlzələ olub

Bakı. 22 iyun. REPORT.AZ/ Türkiyənin Manisa bölgəsində 4,1 bal gücündə zəlzələ olub.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar üzrə Nazirliyinin Seysmologiya İdarəsi məlumat yayıb. 

Zəlzələnin ocağı Manisanın Şehzadelər rayonunda yerləşib. Yeraltı təkanlar 6,95 kilometr dərinlikdə olub.

Qeyd edək ki, gecə saatlarında Türkiyənin İzmir bölgəsində 5 bal güncündə zəlzələ qeydə alınıb.

Təbii fəlakətlər nətisəində dağıntı və itkilərin olmadığı bildirlib.

Son xəbərlər

Orphus sistemi