İzmirdə həlak olanların sayı 37-yə yüksəlib

İzmirdə həlak olanların sayı 37-yə yüksəlib Dağıntılar altından 100-dən çox insan çıxarılıb.
Region
31 Oktyabr , 2020 21:50
İzmirdə həlak olanların sayı 37-yə yüksəlib

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 37 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 885 nəfər xəsarət alıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

Bundan başqa, İzmirə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koordinasiya mərkəzində ərazidə aparılan axtarış-xilasetmə işləri ilə tanış olub.

19:32

İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsi davam etdirilir. Onlardan 8 nəfər reanimasiya şöbəsinə yerləşdirilib, üç nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində vəziyyətlə tanış olmaq üçün İzmirə gedəcək.

17:02

Türkiyənin İzmir əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.

Bu barədə "Report" Türkiyə KİV-ə istinadən xəbər verir.

17:02

Türkiyənin İzmir əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 26-ya, xəsarət alanların sayı isə 885-ə yüksəlib.

“Report” xəbər verir ki, məlumatı NTV yayıb.

Dağıntılar altından 100-dən çox insan çıxarılıb.

İzmirdə məktəblər bir həftəlik bağlanıb.

Qeyd edək ki, oktyabrın 31-də İzmirdə 6,6 bal gücündə zəlzələ olub.

Son xəbərlər

Orphus sistemi