Türkiyədə zəlzələdə ölənlərin sayı 41 156-ya çatıb, 108 000 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı 41 156-ya çatıb, 108 000 nəfər yaralanıb - YENİLƏNİB Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 min 156 nəfərə çatıb.
Region
20 Fevral , 2023 16:22
Türkiyədə zəlzələdə ölənlərin sayı 41 156-ya çatıb, 108 000 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində yaralananların sayı 108 000-i ötüb.

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

14:30

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 156 nəfərə çatıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Son xəbərlər

Orphus sistemi