Türkiyədə yol qəzasında bələdiyyə sədri ölüb, 10 nəfər yaralanıb

Türkiyədə yol qəzasında bələdiyyə sədri ölüb, 10 nəfər yaralanıb Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının Aydınlar bələdiyyə sədri Tacettin Karamercan yol qəzasında ölüb.
Region
19 İyun , 2024 13:39
Türkiyədə yol qəzasında bələdiyyə sədri ölüb, 10 nəfər yaralanıb

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının Aydınlar Bələdiyyəsinin sədri Tacettin Karamercan yol qəzasında ölüb.

“Report” “Cümhuriyyət”ə istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində daha 10 nəfər yaralanıb.

T.Karamercan xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alanların 6-sı uşaqdır. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları və polislər cəlb olunub. Yaralananlar arasında keçmiş bələdiyyə sədri Mehmet Arif Tusun da olub.

Son xəbərlər

Orphus sistemi