Türkiyənin Bursa şəhərində yaşayış binasında yanğın olub.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, hadisə yerli vaxtla saat 23:30 radələrində Yıldırım rayonunda əcnəbilərin məskunlaşdığı binada qeydə alınıb. Yanğın zamanı 8-i (3-10 yaş arası) uşaq, 1-i isə qadın olmaqla 9 nəfər ölüb. Onların Suriya vətəndaşları olduqları bildirilir.
Hadisə zamanı daha 3 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
İlkin məlumata görə, hadisəyə qaz sobası ilə rəftar zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəb olub.