Türkiyədə terrorçularla atışmada bir jandarm əməkdaşı həlak olub

Türkiyədə terrorçularla atışmada bir jandarm əməkdaşı həlak olub Türkiyənin Tunceli əyalətində “Eren Kış-6” əməliyyatı zamanı terrorçularla atışma olub.
Region
3 Dekabr , 2021 21:33
Türkiyədə terrorçularla atışmada bir jandarm əməkdaşı həlak olub

Türkiyənin Tunceli əyalətində “Eren Kış-6” əməliyyatı zamanı terrorçularla atışma olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu özünün tviterdəki hesabında bildirib.

O, qeyd edib ki, Ovacıq çölündə mağarada keçirilən əməliyyat zamanı baş verən atışma zamanı bir jandarm əməkdaşı ağır yaralanıb. Göstərilən tibbi yardıma baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib, bir nəfər təslim olub.

Mağarada sıxışdırılan terrorçulara qarşı əməliyyat davam edir.

Son xəbərlər

Orphus sistemi