Türkiyədə terrorçular zərərsizləşdirildi

Türkiyədə terrorçular zərərsizləşdirildi Türkiyənin Hakkari əyalətində keçirilən “İldırım” antiterror əməliyyatı çərçivəsində PKK terror qruplaşmasının iki silahlısı zərərsizləşdirilib.
Region
27 Sentyabr , 2020 04:27
Türkiyədə terrorçular zərərsizləşdirildi

Türkiyənin Hakkari əyalətində keçirilən "İldırım" antiterror əməliyyatı çərçivəsində PKK terror qruplaşmasının iki silahlısı zərərsizləşdirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edilir ki, terrorçular jandarmeriyanın xüsusi təyinatlıların və polisin səyi ilə əyalətin aqrar ərazilərində zərərsizləşdirilib.   

Türkiyənin cənub-şərqində əməliyyat davam edir.

PKK silahlıları 1984-cü ildən Türkiyədə sabitliyi pozmaq, ölkəni parçalamaq üçün terror aktları təşkil edirlər. Təşkilatın silahlıları tərəfindən Türkiyənin təhlükəsizlik orqanlarının 7 500 əməkdaşı və 6 800 dinc sakini həlak olub.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Son xəbərlər

Orphus sistemi