Türkiyədə terrorçular hərbçilərə hücum edib, 6 əsgər şəhid olub, yaralananlar var

Türkiyədə terrorçular hərbçilərə hücum edib, 6 əsgər şəhid olub, yaralananlar var Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir
Region
26 Sentyabr , 2016 18:07
Türkiyədə terrorçular hərbçilərə hücum edib, 6 əsgər şəhid olub, yaralananlar var

Bakı. 26 sentyabr. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətində PKK qruplaşmasının terrorçuları hərbçilərin nəzarət məntəqəsinə hücum edib. 

"Report" "Haber7"yə istinadən xəbər verir ki, iriçaplı silahlarla həyata keçirilən hücum nəticəsində 6 hərbçi şəhid olub, yaralananlar var.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir.

Son xəbərlər

Orphus sistemi