Türkiyədə terrorçu PKK ilə əlaqədə şübhəli bilinən 3 əcənəbi vətəndaşı tutulub

Region
  • 28 iyul, 2017
  • 14:46
Türkiyədə terrorçu PKK ilə əlaqədə şübhəli bilinən 3 əcənəbi vətəndaşı tutulub

Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyənin Aydın əyalətinin Didim rayonunda polis əməkdaşlarının terrorçu PKK-ya qarşı keçirdiyi əməliyyat nəticəsində İngiltərənin bir, Bolqarıstanın 2 vətəndaşı tutulub.

“Report” Haber7-yə istinadən xəbər verir ki, onlar terrorçu PKK-nın Suriyadakı qolları YPG və PYD ilə əlaqədə olmaqda şübhəli bilinirlər.

Məlumata görə, İngiltərə vətəndaşı Suriyaya gedərək, orada 3 ay qaldığını və YPG-dən silah təlimi aldığını etiraf edib.

Axtarış-əməliyyat tədbiri nəticəsində şübhəlilərə aid cip telefonu, kompüter və rəqəmsal materiallar müsadirə olunub.