Türkiyədə təhlükəsizlik idarəsinin müdiri FETÖ ilə bağlı cinayət işi üzrə rüşvət alıb

Türkiyədə təhlükəsizlik idarəsinin müdiri FETÖ ilə bağlı cinayət işi üzrə rüşvət alıb Mersin əyalət prokurorluğu FETÖ ilə əməkdaşlıqda ittiham edərək, həmin adama qarşı cinyət işi açıb
Region
5 May , 2017 20:06
Türkiyədə təhlükəsizlik idarəsinin müdiri FETÖ ilə bağlı cinayət işi üzrə rüşvət alıb

Bakı. 5 may. REPORT.AZ/ Türkiyənin Mersin əyalətinin Erdemli rayon təhlükəsizlik idarəsinin müdiri Əli Doğan və adı açıqlanmayan A.E. 70 min lirə (25 min 278 dollar) məbləğində rüşvət almaqda şübhəli bilinərək tutulublar.

“Report” DHA-ya istinadən xəbər verir ki, onlar bir nəfəri Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaqdan qurtaracaqlarını vəd ediblər.

Mersin əyalət prokurorluğu FETÖ ilə əməkdaşlıqda ittiham edərək, həmin adama qarşı cinyət işi açıb. Təhlükəsizlik İdarəsinin müdiri Əli Doğan isə 70 min lirə rüşvət qarşılığında onu istintaqdan qurtaracaqlarını boyun olublar. 

Son xəbərlər

Orphus sistemi