Türkiyədə silahlı insident zamanı 12 nəfər yaralanıb

Türkiyədə silahlı insident zamanı 12 nəfər yaralanıb Türkiyədə silahlı insident olub.
Region
8 Sentyabr , 2021 05:55
Türkiyədə silahlı insident zamanı 12 nəfər yaralanıb

Türkiyədə silahlı insident olub.

Bu barədə “Report” “Cümhuriyyət”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə İzmir əyalətində qeydə alınıb. Konak rayonunda 2 şübhəli şəxs əvvəlcədən xoşagəlməz münasibətin olduğu ailənin yaşadığı evin önünə gəlib. Onlardan biri odlu silahdan ətrafdakılara atəş açıb. Nəticədə 12 nəfər xəsarət alıb. Yaralılar arasında 1 yaşlı körpə, habelə yeniyetmə, gənclər də var.

Hadisə ilə əlaqədar əraziyə çoxlu sayda polis əməkdaşı və təcili tibbi yardım maşını cəlb edilib. Ərazi hüquq-mühafizə orqanları tərəfindən əhatəyə alınıb.

İnsidentlə bağlı 2 nəfər polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi