Türkiyədə səslərin 96 faizinin hesablanmasından sonra əhalinin 51 faizi konstitusiyaya düzəlişləri dəstəkləyir - YENİLƏNİB

Türkiyədə səslərin 96 faizinin hesablanmasından sonra əhalinin 51 faizi konstitusiyaya düzəlişləri dəstəkləyir - YENİLƏNİB Əhalinin 48 faizi bunun əleyhinədir
Region
16 Aprel , 2017 20:33
Türkiyədə səslərin 96 faizinin hesablanmasından sonra əhalinin 51 faizi konstitusiyaya düzəlişləri dəstəkləyir - YENİLƏNİB

Bakı. 16 aprel. REPORT.AZ/ Türkiyədə keçirilən referendumda səslərin 96 faizinin hesablanmasından sonra əhalinin 51,49 faizi konstitusiyaya düzəlişləri dəstəkləyir.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, seçicilərin 48,51 faizi dəyişikliklərin əleyhinə səs verib.

***20:21

Türkiyədə konstitusiyaya düzəlişlər üzrə keçirilən referendumda seçicilərin əksəriyyəti prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin genişləndirilməsini dəstəkləyib.

"Report" xəbər verir ki, bu barədə bülletenlərin hesablanmasını izləyən "Anadolu" agentliyi məlumatında deyilir.

Protokolların 85 faizinin hesablanmasından sonra türklərin 53 faizi ölkə konstitusiyasına düzəlişlərin lehinə, 47 faizi isə əleyhinə səs verib.

Son xəbərlər

Orphus sistemi