Türkiyədə sərnişin avtobusu qəzaya uğrayaraq yanıb, onlarla xəsarət alan var
Region
- 11 sentyabr, 2021
- 01:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə ağır yol qəzası baş verib.
“Report”un “Habertürk”ə istinadən məlumatına görə, hadisə Ankarada qeydə alınıb.
Çankaya rayonunda idarəetmədən çıxan sərnişin avtobusu əvvəlcə dirəyə çırpılıb, sonra isə yanmağa başlayıb. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürənlər, polis və xilasedicilər cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qəza zamanı 1 nəfər həlak olub, daha 20 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edilir ki, avtobusun sürücüsü polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Son xəbərlər
18:41
Azərbaycan cüdoçusu Könül Əliyeva "Böyük Dəbilqə" turnirinin qalibi olub
Fərdi
18:38
Leskyur: Aİ 3 ay ərzində ehtiyatlardan 42 milyon bareldən çox yanacaq çıxaracaq
Digər ölkələr
18:36
Foto
Video
Kəsəmən - Göyçənin qədim Azərbaycan yurdlarından biri
Daxili siyasət
18:36
Foto
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb
Digər
18:25
Ərdoğan Mirziyoyevlə görüşdə TDT-nin güclənəcəyini bildirib
Region
18:20
Foto
Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
18:15
Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
Digər ölkələr
18:13
Zaqrebdə Azərbaycanın yaşıl keçidin irəlilədilməsindəki nailiyyətləri açıqlanıb
Xarici siyasət
18:02
"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb
Energetika