Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 61 nəfərə çatıb

Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 61 nəfərə çatıb Türkiyədə dekabrın 10-dan indiyədək saxta spirtli içki içərək ölənlərin sayı 61 nəfərə çatıb
Region
22 Dekabr , 2021 10:55
Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 61 nəfərə çatıb

Türkiyədə dekabrın 10-dan indiyədək saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 61 nəfərə çatıb.

“Report” “HaberTurk”ə istinadən xəbər verir ki, dekabrın 21-də Ordu şəhərində daha 2 nəfər saxta spirtli içkinin qurbanı olub.

Məlumata görə, ölüm halları ölkənin 17 şəhərində qeydə alınıb. Təkcə İstanbulda son 10 gündə 30 nəfər saxta içkidən dünyasını dəyişib.

Saxta spirtli içki istehsalı və satışında şübhəli bilinən 5 nəfər tutulub.

Son xəbərlər

Orphus sistemi