Türkiyədə Sarıkavak kəndində seçicilər açıq havada səs verib
- 01 noyabr, 2015
- 10:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 noyabr. REPORT.AZ/ Türkiyənin Eskişəhər əyalətinin Alpu rayonunun Sarıkavak kəndində seçicilər küçədə səs veriblər.
"Report" Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Sarıkavak kəndində 45 ev və 101 seçici var.
Kəndin icra nümayəndəsi Haydar Nadi Gölbek deyib ki, başqa şərait olmadığına görə seçki qutularını küçədə qoyub səsvermə keçirirlər: "Kəndimizdə səsvermə küçədə həyata keçirilir. Səsvermədən sonra bülletenləri traktorların işğında sayırıq. Kəndimizdə muxtarlıq binası olmadığından bunu edirik. Şərtlər ağır olsa da, səsimizi veririk".
.@StateDept is opening an investigation into Harvard’s authority to sponsor exchange visas.
— Secretary Marco Rubio (@SecRubio) July 23, 2025
Visa sponsorship is a privilege, and sponsors whose conduct tarnishes our nation’s interests will lose that privilege.