Türkiyənin Egey sahilində güclü zəlzələ olub

Region
  • 21 noyabr, 2022
  • 00:02
Türkiyənin Egey sahilində güclü zəlzələ olub

Türkiyənin Muğla şəhərinin Datça rayonundan 107,44 km məsafədə Egey dənizində 5,4 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə saat 03:25-də qeydə alınan zəlzələnin ocağı 48 km dərinlikdə olub.