Türkiyədə şagirdlərin növbəti sinfə keçirilməsinə qərar verildi

Türkiyədə şagirdlərin növbəti sinfə keçirilməsinə qərar verildi Türkiyə hakimiyyəti pandemiya ilə əlaqədar məktəblərdə məsafədən tədrisin müddətini mayın 31-dək uzadıb.
Region
29 Aprel , 2020 12:49
Türkiyədə şagirdlərin növbəti sinfə keçirilməsinə qərar verildi
0 : 00
0 : 00

Türkiyə hakimiyyəti pandemiya ilə əlaqədar məktəblərdə məsafədən tədrisin müddətini mayın 31-dək uzadıb.

“Report” “CNN Turk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Ziya Səlcuk məlumat verib.

“Pandemiya ilə əlaqədar məsafədən tədrisin müddəti mayın 31-dək uzadılıb. Şagirdlərin hamısı növbəti sinfə keçiriləcək”, - o vurğulayıb.

Qeyd edək ki, pandemiya müddətində Türkiyədə martın 16-dan 23-dək məktəblərdə tətil olmuşdu. Bir müddət sonra məsafədən tədrisin müddəti aprelin 30-dək uzadıldı.

Xatırladaq ki, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 992 nəfərə, infeksiya daşıyıcılarının sayı isə 114 653-ə yüksəlib.

Son xəbərlər

Orphus sistemi