Türkiyədə Konya-Ankara yolunda 30 avtomobilin toqquşması zamanı əmələ gələn zəncirvari qəza nəticəsində çoxlu sayda insan yaralanıb.
“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, qəzanın baş verməsinə səbəb qum fırtınası olub.
Məlumata görə, Konya-Ankara avtomobil yolundakı qəza nəticəsində 2-si ağır olmaqla 6 nəfər yaralanıb.
Qum fırtınası Aksaray-Adana avtomobil yolunda da qəzaya səbəb olub. Bor-Zəngən yolunda isə 6 avtomobilin toqquşması nəticəsində 7 nəfər yaralanıb.