Türkiyədə qiyamçıların dəfni zamanı dini ayinlər yerinə yetirilməyəcək

Türkiyədə qiyamçıların dəfni zamanı dini ayinlər yerinə yetirilməyəcək Bu barədə Türkiyə Nazirlər Kabineti yanında Dini İşlər İdarəsi qərar qəbul edib
Region
19 İyul , 2016 16:25
Türkiyədə qiyamçıların dəfni zamanı dini ayinlər yerinə yetirilməyəcək

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyədə hərbi çevrilişə cəhd göstərərkən ölən şəxslərin dəfni zamanı dini ayinlərin yerinə yetirilməsindən imtina edilib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Nazirlər Kabineti yanında Dini İşlər İdarəsi qərar qəbul edib. 

Qərarda deyilir: "Dini İşlər İdarəsi tərəfindən iyulun 15-də Türkiyənin qanuni hakimiyyətinə qarşı çıxaraq millətin və dövlətin mənafeyini hədəf alan, TBMM başda olmaqla dövlət orqanları üzərinə bomba yağdıran, xalqa qarşı silah işlədən və bu zaman öldürülən qiyamçıların dəfnlə bağlı dini ayinlər yerinə yetirilməyəcək. Ancaq bu qərar zor gücünə və təhdidlə heç bir şeydən xəbərsiz, nə olduğunu bilmədən qarşıdurmaya sürüklənərək həlak olmuş hərbçilərə və təhlükəsizlik qüvvələrinin nümayəndələrinə şamil edilməyəcək". 

Son xəbərlər

Orphus sistemi