Türkiyədə qatarla mikroavtobus toqquşub, 6 nəfər ölüb, 6-sı yaralanıb

Türkiyədə qatarla mikroavtobus toqquşub, 6 nəfər ölüb, 6-sı yaralanıb Türkiyənin Tekirdağ şəhərində qəza hadisəsi baş verib.
Region
4 Sentyabr , 2021 12:38
Türkiyədə qatarla mikroavtobus toqquşub, 6 nəfər ölüb, 6-sı yaralanıb

Türkiyənin Tekirdağ şəhərində qatarla mikroavtobusun toqquşması nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, daha 6 nəfərin də yaralandığı bildirilib.

10:14

Türkiyənin Tekirdağ şəhərində qəza hadisəsi baş verib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Ergene bölgəsində olub.

Bildirilib ki, yük qatarı ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər həyatını itirib.

Daha 7 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi