Türkiyədə polis yoxlama keçirib, 100-dən çox sənədsiz silah ələ keçirilib

Region
  • 14 sentyabr, 2024
  • 11:15
Türkiyədə polis yoxlama keçirib, 100-dən çox sənədsiz silah ələ keçirilib

Türkiyə polis əməkdaşları yoxlama həyata keçirdikləri üç maşında 101 sənədsiz tapança, 299 tapança darağı ələ keçiriblər.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Koceli şəhərində qeydə alınıb.

Hadisə ilə bağlı beş şübhəli saxlanılıb.

Onlar məhkəmənin müvafiq qərarından sonra həbs olunublar.

Son xəbərlər

Bütün Xəbər Lenti