Türkiyə Hərbi Hava Qüvvələri PKK-nın 10 sığınacağını məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri PKK-nın 10 sığınacağını məhv edib Hərbi Hava Qüvvələri xüsusi əməliyyat təşkil edib
Region
30 Avqust , 2016 23:44
Türkiyə Hərbi Hava Qüvvələri PKK-nın 10 sığınacağını məhv edib

Bakı. 30 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Hakkari vilayətinin Çukurca rayonunda PKK terror təşkilatının 10 sığınacağını məhv edib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi hərbi mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr kəşfiyyat məlumatlarına əsasən Hakkari vilayətinin Çukurca rayonunda xüsusi əməliyyat təşkil edib.

Əməliyyat zamanı PKK terror təşkilatının 10 sığınacağı məhv edilib.

Son xəbərlər

Orphus sistemi