​Türkiyədə partlayışda 4 əsgər şəhid olub, biri yaralanıb

Region
  • 10 iyul, 2016
  • 10:50
​Türkiyədə partlayışda 4 əsgər şəhid olub, biri yaralanıb

Bakı. 10 iyul. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Şəmdinli rayonunun Aktütün bölgəsində törədilən partlayış nəticəsində 4 əsgər şəhid olub, biri yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Hakkari əyalətinin valisi Cüneyt Orxan Toprak bildirib ki, Aktütün bölgəsində əsgərlərin avtomobilinin keçdiyi yola terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində 4 hərbçi şəhid olub, biri yaralanıb.